Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Kəpəz" və "Qəbələ" arasında keçirilən oyunda mübahisəli qol qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, 36-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Şəhriyar Rəhimovun topu tora göndərdiyi epizod zamanı qonaqlar qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia etsələr də, baş hakim Əliyar Ağayev köməkçisinin də işarəsindən sonra mərkəzi göstərib.
Qonaq komandanın etirazlarına baxmayaraq, qərar dəyişməyib. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.