Topaz Premyer Liqasının 20-ci turunun son oyununda “Qarabağ”la “İnter” üz-üzə gəlir. Futbolinfo.az xəbər verir ki, “Azərsun Arena”da keçirilən qarşılaşmanı britaniyalı jurnalist Rob O'Konnor da stadiondan izləyənlər arasındadı.
Qonaq jurnalist qarşılaşmaya ezam olunmuş əməkdaşımızın bəzi suallarını cavablandırıb:
– “Qarabağ”a qarşı maraq haradan yaranıb?
– “Qarabağ”ın təmsil etdiyi Ağdamın işğal altında olması mənə maraqlı gəlib və komanda haqqında məlumatlar toplamağa başladım.
– Bu məsələ ilə bağlı haradan məlumat almısız?
– Dəqiq necə olduğu yadıma gəlmir. İllərdi futbolun həvəskarıyam, bu haqda məlumatım var idi, ona görə də gəlmişəm “Qarabağ”ın oyununu stadiondan izləyim.
– “Qarabağ”ın hansı oyunlarını tribunadan izləmisiz?
– Bir ildi oyunlarını izləyirəm. Bu gün isə ilk dəfədi stadiondan canlı izləyirəm.
– Londondansan, Avropa Liqasında “Tottenhem”ə qarşı oyununu izləməmisən?
– Əlbəttə, stadionda yer almaq istəyirdim. Amma həmin oyunda bu, alınmamışdı.
ELMAR ABDULLA-ZADƏ