Növbəti mövsüm üçün İspaniya La Liqasına vəsiqə qazanan ilk klubun adı məlum olub. Futbolinfo.az xəbər verir ki, ikinci liqanın 36-ci turunda öz meydanında “Real Ovyedo”nu 1:0 hesabı ilə məğlub edən “Levante” elitada oynamaq hüququ qazanıb.
Turnir cədvəlində 77 xalla lider olan komanda 3-cü pillə ilə xal fərqini 19-a çatdırıb və çempionatın sonuna 6 tur qalmış La Liqaya vəsiqəni təmin edib.
Qeyd edək ki, “Levante” tarixində 6-cı dəfədi ki, yüksək liqada oynayacaq.
Xatırladaq ki, artıq elitanı tərk edəcək iki komanda da bəllidi. Belə ki, La Liqada hazırda sonuncu pillələrdə qərarlaşmış "Osasuna" ilə "Qranada" növbəti mövsümdən ikinci liqada mübarizə aparmalı olacaq.