Beynəlxalq İdman Arbitraj Məhkəməsi İspaniyanın "Atletiko" klubunun transfer qadağası ilə bağlı apellyasiya şikayətini rədd edib. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin bu qərardan sonra bu yay da heyətinə futbolçu cəlb edə bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün "Atletiko"nun bu qış və yay transferləri dövründə oyunçu alması qadağan olunub. Klub rəhbərliyi apellyasiya şikayəti sayəsində ən azı bu yay qadağanın götürüləcəyinə ümid etsə də, istəkləri gerçəkləşmədi.