Avropa Liqasının I təsnifat mərhələsində yarışacaq daha 4 komandanın adına aydınlıq gəlib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, həmçinin Qazaxıstan təmsilçisi “İrtış”ın qərarlaşacağı səbət də müəyyənləşib.
“İrtış”la yanaşı, Moldova klubu “Daçiya” səpələnmişlərdə yer alacaq. Bu isə o deməkdi ki, onlar Avropa Liqasının bu mərhələsindən mübarizəyə qoşulacaq Azərbaycan klubları “İnter” və “Zirə” ilə qarşılaşa bilməzlər.
Qitənin ikinci dərəcəli turnirinə vəsiqə əldə edən “Sutyeska” (Monteneqro), “Tirana” (Albaniya) və “Priştina” (Kosovo) isə səpələnməmişlərdə olacaqlar ki, onlar təmsilçilərimizin potensial rəqibləri sayılır.
Ümumilikdə isə Avropa Liqasının I təsnifat mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 95-ə çatıb. Bu 95 klubdan 46-nın səpələnmiş, 49-nun isə səpələnməmiş olduğu dəqiqləşib. Yarışa bu mərhələdən başlayacaq iştirakçılardan yalnız 5-nin adı müəyyənləşməyib. Onlardan isə yalnız 1-i səpələnməmişlərin sırasına qoşulacaq və “İnter”lə “Zirə”nin mümkün rəqibi olacaq.
49 səpələnməmişdən 47-si Azərbaycan komandaları ilə görüşə bilər. Ermənistan təmsilçiləri “Pünik” və “Qandzasar” isə Bakı klublarına rəqib olmayacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Makkabi” (Təl-Əviv, İsrail), “Dinamo” (Belarus), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Kipr), “Şaxtyor” (Belarus), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Skenderbeu” (Albaniya), “Sent Conston” (Şotlandiya), AEK (Kipr), “İnter” (Azərbaycan), “Beytar” (İsrail), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Milsami” (Moldova), “Lyunqbyu” (Danimarka), “Kalyu” (Estoniya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Botev” (Bolqarıstan), “Olimpiya” (Sloveniya), “Valletta” (Malta), “Vaduts” (Lixtenşteyn), “Levski” (Bolqarıstan), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Domjale” (Sloveniya), “Ordabası” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Ferensvaroş” (Macarıstan), “Kruzaders” (Şimali İrlandiya), “Rabotniçki” (Makedoniya), “Qlazqo Reyncers” (Şotlandiya), “Şirak” (Ermənistan), “Daçiya” (Moldova), “Mladost” (Monteneqro), “Zirə” (Azərbaycan), “İrtış” (Qazaxıstan)
Səpələnməmişlər
“Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Nova Qoritsa” (Sloveniya), “Sutyeska” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Mladost” (Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Flora” (Estoniya), “Çixura” (Gürcüstan), “Linkoln” (Cəbəllütariq), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), “Zeta” (Monteneqro), B-36 (Farer adaları), “Rujomberok” (Slovakiya), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Zarya” (Moldova), “Vaasa” (Finlandiya), “Valyur” (İslandiya), “Vaşaş” (Macarıstan), “Atlantas” (Litva), “Suduva” (Litva), “Tirana” (Albaniya), “Qandzasar” (Ermənistan), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Tre Penne” (San-Marino), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Folqor” (San Marino), “Floriana” (Malta), “Kolreyn” (Şimali İrlandiya), “Ballimena” (Şimali İrlandiya), “Sent Culiya” (Andorra), “Klaksvik” (Farer adaları), “Sent Cozef” (Cəbəllütariq), “Priştina” (Kosovo)
Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridi. Bu “16-lıq”dan 14-ü məlumdu. Onlardan 10-u səpələnmiş, 4-ü səpələnməmişdi. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəiflə görüşəcək. Püşkatmada təmsilçimiz səpələnməmişlərdə olan 4 komanda və ya I təsnifat mərhələsinin cütlərindən biri ilə üz-üzə qarşılaşacaq.
II təsnifat mərhələsi
Səpələnmişlər
“Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Mlada Boleslav” (Çexiya), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya), “Panionios” (Yunanıstan)
Səpələnməmişlər
“Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersun” (İsveç), “Brann” (Norveç),
Qeyd edək ki, avrokubokların ilk iki mərhələsinin püşkatması iyunun 19-da keçiriləcək.