Rusiyanın "Zenit" klubunun yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisini bundan sonra italiyalı mütəxəssis Roberto Mançini çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, italiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Amma tərəflər bu anlaşmanı daha iki illik uzatmaqla da bağlı prinsipial razılığa gəliblər (3+2).

Qeyd edək ki, "Fiorentina", "Mançester Siti", "Qalatasaray" kimi klubları çalışdırmış 52 yaşlı Mançini son olaraq Milan "İnter"inin baş məşqçisi olub. O, 2016-cı ilin avqustunda bu klubla yollarını ayırandan bəri işsiz idi.

Shares: