İtaliyanın “Milan” klubu heyətini yeni hücumçuyla gücləndirib. Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” son mövsümdə İngiltərə Premyer Liqasını tərk edən “Sanderlend”in heyətində çıxış edən italiyalı hücumçusu Fabio Borinini icarəyə götürüb.
Bu barədə məlumatı “Milan”ın saytı yayıb. “Qırmızı-qaralar” 1 illik icarə müddətinin sonunda 26 yaşlı futbolçunun xidmətindən razı qalsa, 6 milyon avro ödəyərək, onun transfer hüququna yiyələnə biləcək.
Qeyd edək ki, Borini İngiltərə Premyer Liqasının son mövsümündə şans qazandığı 24 oyunda 2 qol vurub. "Çelsi"nin yetirməsi olan forvard karyerası ərzində İngiltərənin "Suonsi Siti", "Liverpul" klublarında da oynayıb. İtaliyada isə o, "Roma" və "Parma"da top qovub.