İtaliyanın "Sampdoriya" klubu Milan "İnter"inin hücumçusu Canluka Kaprarini heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Genuya klubunun rəsmi saytı məlumat yayıb.
Lakin transferin detalları barədə heç bir açıqlama verilməyib.
Kaprari son mövsümü icarə əsasında "Peskara"da keçirib. O, bu klubda 36 oyuna 9 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
"Roma"nın yetirməsi olan 24 yaşlı forvard "İnter"lə 2016-cı ildə müqavilə bağlasa da, bu komandada heç bir oyunun iştirakçısı olmayıb.