“Qəbələ”nin sabiq futbolçusu Teo Uiks özünə yeni klub tapıb.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra karyerasını Livanda davam etdirəcək. Kiprin “Ermis” klubundan ayrılan Liberiya millisinin yarımmüdafiəçisi Livanın yüksək liqasında mübarizə aparan “Əl-Ənsər” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Teo ötən mövsüm icarə əsasında “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində ilk vaxtlar inamlı çıxış etsə də, sonradan əsas heyətə düşməkdə çətinlik çəkib və geri göndərilib.