İngiltərənin “Çelsi” klubunun sabiq baş məşqçisi Avraam Qrant özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, israilli mütəxəssis bundan sonra Hindistanda çalışacaq. O, bu ölkənin “Nort-İst Yunayted” klubuyla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
62 yaşlı məşqçi karyerası ərzində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Hayfa), “Makkabi” (Hayfa), “Çelsi”, “Portsmut”, “Vest Hem”, “Partizan” kimi klublarla yanaşı, İsrail və Qana millilərini də çalışdırıb. Onun son iş yeri Qana millisi olub. Keçən ilin əvvəlində Afrika təmsilçisi ilə yollarını ayıran mütəxəssis, həmin vaxtdan işsiz idi.