Xəbər verdiyimiz kimi, “Qəbələ” klubu "Qarabağ"ın futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb.

Futbolinfo.az xəbər verir ki, bəyanatda “Qarabağ” rəhbərliyinin futbolçu haqqında ölçü götürməsi, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” və Roman Qriqorçukdan üzr istəməsi tələb edilir.

Qeyd edək ki, M.Mədətov yeni illə bağlı verilişdə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku parodiya edib. Bu isə sözügedən klubun qəzəbinə tuş gəlib.

Gənc futbolçunun qalmaqala səbəb olan çıxışını təqdim edirik:

 

Shares: