"Qəbələ" daha bir legioneri ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı hollandiyalı müdafiəçi Deyv Bultuis "qırmızı-qaralar"dan gedib.
Ötən yay böyük ümidlərlə Almaniyanın "Nürnberq" klubundan transfer olunan Deyv Avropa Liqası matçlarında komandaya kömək etsə də, daxili yarışlarda nadir hallarda meydana çıxdı. Bu da legioner limiti üzündən idi. Nəticədə Bultuis "Qəbələ"də cari mövsümün ilk yarısında cəmi 4 oyun keçirdi.
Sol cinah müdafiəçisiylə yarım il öncə imzalanan 3 illik anlaşma qarşılıqlı razılıqla pozulub.
Xatırladaq ki, "Qəbələ" yay fasiləsində "Reyncers"dən icarəyə götürdüyü şotlandiyalı yarımmüdafiəçi Endi Hallideylə də az oynadığına görə qış fasiləsində yollarını ayırıb.