“Mikayıl Nərimanoğlunu hansı xidmətlərinə görə klub idarəçisi qoymuşdular?” – bu sözləri futbolinfo.az saytına açıqlamasında Bəxtiyar Musayev deyib.
Veteran futbolçu saytımıza verdiyi müsahibədə klub idarəçilərini tənqid edib. O, təyinatların düzgün olmaması səbəbindən bir sıra problemlər yaşandığını dilə gətirib: “Yıxılana balta vurmaq istəmirəm, amma hər kəs öz işi ilə məşğul olmalıdı. Mətbuat katibi idi, o işi bacara bilərdi, amma futbol, klub idarəçiliyi tamam başqadı. Bu işdə vicdanla işləyənlər, dürüst adamlar olmalıdı. Onun necə getdiyini hamımız gördük”.
Xatırladaq ki, AFFA-nın sabiq mətbuat katibi olan Nərimanoğlu həm də “Kəpəz”in Müşahidə Şurasının üzvü, klubun faktiki idarəçisi idi. O, bir neçə ay öncə maliyyə pozuntularında təqsirli bilinərək hər iki postundan qovuldu.