Tanınmış türkiyəli futbol mütəxəssisi, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli həbs oluna bilər.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb həyat yoldaşı Evin Elçinin Dənizlidən şikayət etməsi olub. Həyat yoldaşı Dənizlinin pul qarşılığında İstanbuldakı evlərini girov qoyduğunu və onun imzasını saxtalaşdırdığını iddia edib. 69 yaşlı məşqçinin qızının ailəsi çətin vəziyyətdə olduğu üçün belə bir addım atdığı, ona bu işdə bank əməkdaşının yardım etdiyi ərizədə öz əksini tapıb.
Artıq İstanbul Ədliyyə Cəza Məhkəməsi iddianaməni qəbul edib. Bu ittihamla Mustafa Dənizlini 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.
Mustafa Dənizli 2013/14 mövsümündə Azərbaycanın “Xəzər Lənkəran” klubunun baş məşqçisi olub.