Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, “clubworldranking” saytının təqdim etdiyi siyahıda Azərbaycandan üç məşqçi – Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.

Onlardan ən yaxşı göstərici Qurbanova məxsusdu. 45 yaşlı mütəxəssis 8 pillə irəliləyərək 1169 xalla 491-ci sırada qərarlaşıb. Qriqorçuk da 2 pillə irəliləyib və indi 255 xalla 939-cudu. Abbasov isə 2 pillə geriləyib. “Zirə”nin çalışdırıcısı 217 xalla 991-cidi.

Qeyd edək ki, reytinq siyahısına “Real”ın çalışdırıcısı Zinəddin Zidan (18467 xal) başçılıq edir. Renato Qauşo ("Qremio") 14174 xalla 2-ci, Ernesto Valverde ("Barselona") 13642 xalla 3-cü pillədə qərarlaşıb.

Shares: