Sabah Yüksək Liqada 22-ci turun daha bir oyunu keçiriləcək. 

Futbolinfo.az xəbər verir ki, Bakı İdman Sarayında “Yasamal” və “Neftçi” klubları üz-üzə gələcək. Oyunu FİFA referiləri idarə edəcək. 

Qeyd edək ki, bu komandalar cari mövsümdə iki dəfə qarşılaşıblar. Birinci dövrədəki oyunda rəqibindən 4:1 hesabı ilə üstün olan “Neftçi” ikinci dueldə 6:2 hesabı ilə qalib gəlib. Üçüncü dövrədəki oyun isə təxirə salınıb. 

Matça təyinatları diqqətinizə çatdırırıq:

Yüksək Liqa
22-ci tur

30 mart

“Yasamal” FK – “Neftçi” İK
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Əli Məmmədov
Bakı İdman Sarayı. Saat 16:00.

Turnir cədvəli: Araz – 55, Marafon Futsal – 37, EKOL – 32, FK.İD.Futsal – 22, Neftçi İK – 19, Yasamal – 12, Xəmsə – 2.

Bombardir: Bolinya (“Araz”) – 30 qol.

Shares: