Yunanıstan Super Liqasının AEK-lə ev oyununda meydana silahla daxil olan PAOK-un prezidenti İvan Savvidinin cəzası bəlli olub.

Futbolinfo.az xəbər verir ki, yerli futbol federasiyası klub prezidentini 3 illik diskvalifikasiya edib. O, bu müddət ərzində futbol oyunlarına gələ bilməz. Məlumatı Yunanıstan Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Xatırladaq ki, PAOK-AEK qarşılaşmasında hesab 0:0 olan zaman, matça əlavə olunmuş dəqiqələrdə oyunun baş hakimi Saloniki təmsilçisinin qolunu saymamış, bundan qəzəblənən Savvidi isə üzərində silahla meydana daxil olmuşdu. Bundan sonra yerli azarkeşlər də meydançaya axışmış, oyun isə təxirə salınmışdı.

Shares: