Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Lider “Qaradağ Lökbatan” səfərdə “Binə” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə qonaqlar qələbəni son anda əldən veriblər.

“Xəzər” isə “Ağsu” ilə səfər oyunundan qalib ayrılıb.

Birinci Divizion
21-ci tur

29 mart (cümə axşamı)

“Ağsu” – “Xəzər” 1:3
Qol: Malik Babayev, 37 – Tural Qürbətov, 26. Vadim Abdullayev, 43. Rəşad Qarayev, 90+3-avtoqol.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Habil Əliyev, Emin Nağıbəyov.
Ağsu şəhər stadionu.

“Binə” – “Qaradağ Lökbatan” 2:2
Qol: Seymur Abdullayev, 83. Vüsal Səfərov, 90+2 – Ruslan Tağızadə, 69. Əliqulu Manafov, 85.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Etibar Həsənov.
Binə qəsəbə stadionu.

Turun digər oyunları sabah keçiriləcək: “Turan Tovuz” – “Mil-Muğan”, MOİK – “Şüvəlan”, “Sabah” – “Zaqatala”.

Shares: