İtaliyanın “Roma” klubunun türkiyəli yarımmüdafiəçisi Cengiz Ünder A Seriyasının növbəti turu çərçivəsində keçiriləcək “Bolonya” ilə səfər matçının heyətinə daxil edilməyib.
Futbolinfo.az xəbər verir ki, buna 22 yaşlı futbolçunun yığmanın düşərgəsindən kiçik zədə ilə qayıtması səbəb olub. Bu üzdən də baş məşqçi Eusebio di Françeski gənc yarımmüdafiəçiyə bu turda istirahət vermək qərarına gəlib. Paytaxt təmsilçisi son dövrlərdə əla formada olan Ünderin UEFA Çempionlar Liqasının gələn həftə baş tutacaq “Barselona” ilə oyununa hazır olmasını istəyir.
“Canavarlar” Ünderin yoxluğunda “Bolonya” ilə oyunda zədədən yenicə dönən Luka Pelleqrini və Qrequar Defrelin xidmətindən yararlana biləcək.