Bu gün futzal üzrə Birinci Liqada keçirilən “Standard” – “Romana” oyunu bir sıra özəlliyi ilə yadda qalıb.
Futbolinfo.az xəbər verir ki, fasiləyə qədər cəmi 9 qol vuran “Standard” ikinci hissədə rəqibini daha 19 dəfə meydanın mərkəzinə dəvət edib. Nəticədə oyun 28:0 hesabı ilə başa çatıb. Bu, cari mövsümdə ən fərqli qələbədi. Buna qədər rekord 15-ci turda qeydə alınmışdı. “Qarabağ” elə “Romana”nın qapısından 29 top keçirmişdi. Ancaq autsayder bu qollardan 3-nün qarşılığını verə bilmişdi. Bu dəfə isə “Romana” qol vura bilmədi və nəticədə “Standard” mövsümün ən böyükhesablı qələbəsini aktivinə yazdırdı.
“Standard” – “Romana” oyunu həm də cari mövsümdə bir oyunda bir futzalçının vurduğu ən çox qolla tarixə düşüb. Belə ki, “Standard”ın kapitanı Seymur Babayev rəqib torunu düz 17 dəfə silkələyib. Komandasının 28:0 hesablı qələbəsi ilə başa çatan dueldə qollardan yarıdan çoxunun müəllifi olan Babayev Orxan Səfiyaroğlunun rekordunu yeniləyib. Buna qədər ən yaxşı göstərici “Qarabağ”ın üzvünə məxsus idi. O, 15-ci turda “Gilan”ın qapısına 15 qol vurmaqla diqqətləri cəlb etmişdi. Seymur onun rekordunu yeniləməyi bacarıb.