Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 24-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Rapid II” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Futbolçularımıza gəlincə, Emil bu görüşün iştirakçısı olmayıb. Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Nağıyev isə 80-ci dəqiqədə meydana buraxılıb.
“Qarabağ” hazırda 28 xalla 17 komanda arasında 9-cu pillədə qərarlaşıb.