FİFA Braziliya Futbol Federasiyasının prezidenti Marko Polo del Nero ilə bağlı sərt cəza qəbul edib.
Futbolinfo.az xəbər verir ki, beynəlxalq futbol qurumu onu ömürlük cəzalandırmağa qərar verib. 76 yaşlı Del Nero rüşvətxorluqda ittiham olunur. Onun 2015-ci ildə müxtəlif yollarla çirkli pulları yuması sübuta yetirilib. Bu üzdən ömürlük cəzalandırılan federasiya prezidenti həmçinin 1 milyin İsveçrə frankı məbləğində cərimələnib.
Xatırladaq ki, Del Nero həm də FİFA İcraiyyə Komitəsinin üzvü idi. Lakin 2015-ci ildə üzə çıxan faktlardan sonra o, İK üzvlüyündən də çıxarlmışdı.