Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda Çempiolar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Roma” “Kyevo”nu qəbul edib. "Canavarlar" azlıqda qalmasına baxmayaraq, bu oyunda darmadağına sevinib.
Turun mərkəzi matçı da ilk oyun günündə keçirilib. ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “İnter” doğma meydanda lider “Yuventus”la qarşılaşıb. Ötən turda evdə “Napoli”yə uduzan “qoca sinyora” Milanda 3 xal qazanmasa, bu turda ilk pillədəki mövqeyini itirə bilərdi. Lakin beş qolluq dramatik qarşılaşma məhz Turin klubunun qələbəsi ilə başa çatıb.
İtaliya A Seriyası
35-ci tur
28 aprel
Roma – Kyevo 4:1
Qol: Şik, 9. Dzeko, 40; 67. El Şaaravi, 65 – İnqlese, 88.
İnter – Yuventus 2:3
Qol: İkardi, 52. Barzaqli, 65-avtoqol – D.Kosta, 13. Kuadrado, 87. İquayn, 89.
29 aprel
14:30 Krotone – Sassuolo
17:00 Atalanta – Cenoa
17:00 Benevento – Udineze
17:00 Bolonya – Milan
17:00 Verona – SPAL
17:00 Sampdoriya – Kalyari
20:00 Fiorentina – Napoli
22:45 Torino – Latsio
–