Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) mövsümün sonuncu – 38-ci turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də son matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Helmond Sport” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Kökçü bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Valveyk” mövsümü 37 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.