UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İspaniya çempionu “Real”la Almaniya nəhəngi “Bavariya” arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, UEFA bu oyunun idarəçiliyini türkiyəli hakimlər briqadasına həvalə edib. Mayın 1-də “Santyaqo Bernabeu”da keçiriləcək qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duranla Tarık Onqun kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını Mustafa Eyisoy yerinə yetirəcək. Hüseyin Göçek və Barış Şimşək isə əlavə hakim köməkçiləri olacaq.
Bu komandalar arasında Almaniyada keçirilən ilk görüşdə “Real” 2:1 hesablı qələbə qazanıb.