Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri son oyun günündə baş tutub.

Lider “Yuventus”un ən yaxın izləyicisi “Napoli” bu turda çətin səfərə çıxıb. Neapol təmsilçisi “Fiorentina”nın qonağı olub. Lakin neapollular səfərdən xalsız qayıdıblar. Florensiya təmsilçisi çempionluğa iddialı rəqibini darmadağın edib.

“Milan” səfərdə “Bolonya”ya, “Latsio” isə “Torino”ya qalib gəlib. 

İtaliya A Seriyası
35-ci tur

28 aprel

Roma – Kyevo 4:1
Qol: Şik, 9. Dzeko, 40; 67. El Şaaravi, 65 – İnqlese, 88.

İnter – Yuventus 2:3
Qol: İkardi, 52. Barzaqli, 65-avtoqol – D.Kosta, 13. Kuadrado, 87. İquayn, 89.

29 aprel

Krotone – Sassuolo 4:1
Qol: Trotta, 3; 31. Simi, 16; 89 – Berardi, 45-pen.

Atalanta – Cenoa 3:1
Qol: Barrou, 16. Kristante, 22. İliçiç, 74 – Veloso, 81.

Benevento – Udineze 3:3
Qol: Viola, 23. Koda, 76-pen. Sanya, 90 – Vidmer, 13. Lasanya, 78; 79.

Bolonya – Milan 1:2
Qol: De Mayo, 74 – H.Çalhanoğlu, 34. Bonaventura, 45.

Verona – SPAL 1:3
Qol: Valoti, 13 – Fares, 45-avtoqol. Felipe, 71. Kurtiç, 90.

Sampdoriya – Kalyari 4:1
Qol: Praet, 7. Kounaçki, 45. Ramires, 87 – Pavoletti, 49.

Fiorentina – Napoli 3:0
Qol: Simeone, 34; 62; 90.

Torino – Latsio 0:1
Qol: Milinkoviç-Saviç, 56.

Shares: