Futbol üzrə İsveç çempionatında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Malmö” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Emin bu görüşdə də meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.
“Kalmar” hazırda 10 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.