UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” və İtaliyanın “Roma” klubları arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, UEFA bu matçı sloveniyalı hakimlər briqadasına həvalə edib. Oyunun baş hakimi Damir Skomina olacaq. Ona Yure Praprotnik və Robert Vukan kömək edəcəklər. Köməkçi hakimlər Matey Yuq və Slavko Vinçiç, dördüncü hakim isə Tomaş Klançnik olacaq.

Oyun mayın 2-də Romada baş tutacaq və saat 22:45-də start götürəcək. Bu komandalar arasında Liverpulda keçirilmiş ilk matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə nəticələnib.

Shares: