Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilmiş İngiltərə – Belçika matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Belçika yığmasının yarımmüdafiəçisi Adnan Yanuzay seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Belçika yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasının qələbə qolunu da məhz Yanuzay rəqib qapısından keçirib.