Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı Afrika qitəsi üçün erkən başa çatıb.

Futbolinfo.az xəbər verir ki, bu qitəni təmsil edən komandalardan heç biri qrupdan çıxa bilməyib. Sonuncu şanslı Seneqal yığması olsa da, bu komanda ötən gün Kolumbiyaya 0:1 hesabıyla uduzmaqla mundiala vida etdi.

Daha öncə Nigeriya, Misir, Tunis və Mərakeş yığmaları da pley-offa vəsiqə qazana bilməmişdi. Beləcə, Afrika təmsilçilərinin hamısı qrupda qalıb. Afrikalılar sonuncu dəfə DÇ-lərdə belə uğursuz nəticəyə 1982-ci ildə imza atmışdılar. Bir sözlə, 36 ildən sonra ilk dəfə bu qitəni təmsil edən komandalardan heç biri pley-offa vəsiqə əldə edə bilməyib.

Shares: