Azərbaycanın cənub qonşusu olan İranın milli komandası DÇ-2018-də qrup mərhələsini adlaya bilməsə də, əzmkar oyunu ilə çoxunun rəğbətini qazandı.
Futbolinfo.az xəbər verir ki, İran millisində bir futbolçu – Kərim Ansarifard azərbaycanlı futbolsevərlərin xüsusi diqqət göstərdiyi biri idi. Portuqaliya ilə oyunun son dəqiqələrində penaltidən fərqlənərək İran millisinə 1 xal qazandıran Kərim türkdü.
Cənubi Azərbaycandan, Ərdəbildən olan futbolçu qatıldığı bir televiziya proqramında türk olması ilə fəxr etdiyini bildirib.