Türkiyənin “Trabzonspor” klubu Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevlə yollarını ayırmağa hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, bu barədə klub prezidenti Əhməd Ağaoğlu Türkiyə mətbuatına açıqlama verib. O, hazırda Şeydayevə görə başqa klubla danışıq apardıqlarını və onu satmağa hazır olduqlarını bildirib:
“Müqaviləsi bitən futbolçularla anlaşmanı yeniləmədik. Bizimlə müqavillələri olan Bero və Şeydayevin başqa klublara transferi reallaşsa, büdcəmizə 8-8,5 milyon avro qənaət edərik. Onların xərclərini qarşılaya biləcək pulu bizə ödəsələr, hər iki futbolçu ilə yollarımızı ayıra bilərik. Amma təkrar edirəm ki, xərclərini ödəyəcəkləri təqdirdə”.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında “Qarabağ”da oynayan Şeydayevin Avstriyanın "Mattersburq" klubuna keçidi gündəmdədi.