Ötən mövsümün ilk yarısını "Sumqayıt"da, ikinci hissəsini isə icarə əsasında "Xəzər"də keçirən "Qəbələ"nin hücumçusu Ramil Həsanov karyerasını Türkiyədə davam etdirəcək.
22 yaşlı hücumçu BAL Liqasında çıxış edən "1074 Cankırıspor" klubuna keçib. Ramil Türkiyə klubu ilə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, gənc futbolçu Ukraynanın "Tavriya" klubunun yetirməsidir. O, vaxtıyla 21 yaşadək futbolçulardan ibarət milli komandamıza dəvət alıb.