"Neftçi” 2018/2019 mövsümü üçün sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib.

Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar”ın sifariş vərəqəsində 21 futbolçu yer alıb.

Onlardan üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, üçü isə hücumçudu:

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 94. Rəşad Əzizli;

Müdafiəçilər: 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov;

Yarımmüdafiəçilər: 4. Rəşad Eyubov, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar;

Hücumçular: 9. Baqali Dabo, 11. Kvame Karikari, 22. Mirabdulla Abbasov. 

Shares: