"Qəbələ”nin yat transferi Sabien Lilay Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün Bakıda olan “Kukesi”ni ziyarət edib. 

Futbolinfo.az xəbər verir ki, klubun məskunlaşdığı otelə gedən 29 yaşlı yarımmüdafiəçi bəzi futbolçularla görüşüb.

Bunlar Sebino Plaku, Donyet Şkodra, Stivi Frashërin, Stivi Fraşeri, Arber Sirbya və Vangel Zguron olub. Ötən mövsüm “Skenderbeu”nun formasını geyinən Albaniya millisinin üzvü yaxşı tanıdığı futbolçularla oyunöncəsi dəstək olduğu bu görüşdən çəkilmiş fotonu şəxsi “İnstagram” hesabında paylaşıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” matçı saat 21:00-da başlayacaq. (sport24.az)

74256745257Lilaj - Futbolinfo.az

Shares: