Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı müdafiəçi Pepe milli komandadan zədəli qayıdıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Pepenin UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən Portuqaliya – Polşa matçında (1:1) zədələndiyi bildirilib.
Pepenin 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
35 yaşlı müdafiəçi cari mövsümdə 17 oyunda iştirak edib və 5 qol vurub.