İngiltərənin “Lester Siti” klubu yarımmüdafiəçisi Hamza Çudxurinin müqaviləsinin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, “tülkülər” 21 yaşlı futbolçuyla müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

“Lester Siti”nin öz yetirməsi olan Çudxuri cari mövsümdə 8 qarşılaşmada iştirak edib və 2 məhsuldar ötürmə verib.

Shares: