Qazaxıstanda futbol üzə ölkə kubokunun sahibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, kubokun finalında “Atırau” və “Kayrat” (Almata) üz-üzə gəlib. 

“Astana Arena”da keçirilən qarşılaşmada “Kayrat” Sokolenkonun 15-ci dəqiqədə vurduğu yeganə qolla qələbə qazanaraq, kubokun sahibi olub.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi “Astana” kubokun 1/8 final mərhələsində “Maqtaaral”a 1:3 hesabıyla məğlub olaraq, turnirlə vidalaşmışdı.

Shares: