“Neftçi” Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı “Səbail”lə oyuna hazırlığını başa vurub.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu gün "Bayıl Arena”da oyunöncəsi son məşqə çıxıb. Ruslan Abışov və Məhəmməd Mirzəbəyovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.
Xatırladaq ki, "Səbail” – "Neftçi” oyunu noyabrın 25-də "Bayıl Arena”da baş tutacaq və saat 17:00-da start götürəcək.