Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Dəniz də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.
Məğlubiyyətə baxmayaraq, “Gənclərbirliyi” hazırda 31 xalla 18 kollektiv arasında 1-cidi.