Futbol üzrə Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, matçın 77-ci dəqiqəsində meydana buraxılıb.

“Aleksandriya” geridə qalan turlarda topladığı 33 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Shares: