“Zirə”nin yarımmüdafiəçisi Dilan Duventrunun futbolinfo.az saytına müsahibəsi
 
– Zədən nə zaman sağalacaq?
– Nə zaman sıraya dönəcəyimi bilmirəm. Ümid edirəm ki, tezliklə məşqlərə qayıdacam.
 
– Növbəti oyunda oynamaq imkanın var?
– Həqiqətən bilmirəm. Tibbi personalımızla birlikdə çalışırıq ki, vəziyyəti düzəldək və daha yaxşı olsun. Amma növbəti oyunda meydana çıxacağımı demək çətindir.
 
– Dünən komandanız uzun müddətdən sonra qələbə qazandı. Mövsümdə ikinci qalibiyyətiniz idi…
– Dünən bizim üçün uğurlu gün oldu. Bu qələbə komandaya çox lazım idi. Fikrimcə, komandamız yaxşı çıxış etdi. Xüsusən ikinci hissədə meydanda ən yaxşı idik. Bu qələbəni haqq edib qazandıq. Bu cür davam etmək lazımdır. Əgər yaxşı çıxışımızı davam etdirsək, qarşıdakı oyunlarda daha  çox xal əldə edəcəyik.
 
– Amma vəziyyət pis olaraq qalır…
– Düzdür, biz sonuncu pillədəyik. Amma futbolda hər şey tezliklə dəyişə bilər. Bunu sonuncu oyunda göstərdik. Vəziyyəti dəyişib komandanı yaxşı yerlərə gətirə biləcəyimizi sübut etdik. Əminəm ki, biz hamımız bunu bacararıq. Əgər buna inanmasaq, oynamamaq daha yaxşıdır.
 
– Vəziyyəti bir az da yaxşıya doğru dəyişmək üçün yeni futbolçulara ehtiyac var?
– Bunu mən deyə bilmərəm. Samir Abasovdan soruşarsınız. Amma düşünürəm ki, yeni futbolçular olsa, bu, əlavə güc, əlavə kömək deməkdir. Belə vəziyyətdə komanda daha çox uğur qazanmaq şansı əldə edir. Yeni futbolçular komandamızı gücləndirər.
 
– Sizin iki qələbənizdən biri “Qəbələ” üzərində qazanılıb. Növbəti oyununuz da onlara qarşıdır. Ümid edirsən ki, səfərdən xalla dönəcəksiniz…
– Fikrimcə, çətin səfərdə yaxşı nəticə əldə edə bilərik. Amma hər qarşılaşma fərqli şəkildə çətindir. Səfərdə çətin olacaq, çünki “Qəbələ” yüksək keyfiyyətlərə malik komandadır. Ümid edirəm, “Sumqayıt”la oyundakı performansımızı orda da təkrarlayacağıq.
 
– Deyirsən ki, çempionatda komandalar ayrı-ayrılıqda güclüdür. Məsələn, mütəxəssislərə görə, “Səbail” bu gün layiq olduğu pillədə deyil.
– Çempionatın ilk hissəsində onlar 2 qələbə qazandılar. Hansı ki, bu qalibiyyətləri texniki səhvlər hesabına əldə etdilər. Amma digər matçlardakı qalibiyyətlərə layiq idilər. Deyə bilmərəm ki, onlar çox güclüdür və ya kimsə zəifdir. Mən öz komandama köklənmişəm. Məsələn, “Qəbələ” mövsümün startındakı komandadan çox fərqlənir və indi yaxşı formadadılar.
 
– Bu mövsüm Azərbaycana gəlmisən və çempionatın ilk yarısı başqa çatmaq üzrədir.  Liqa haqqında ümumi fikrilərin necədir?
– Mübarizə aparmaq üçün yaxşı liqadır. Həqiqətən rəqabət yaradacaq xeyli komanda var. Lakin komandaların əksəriyyəti açıq fubola üstünlük vermir, nəticədə az sayda oyunlarda çox qol görürsən. Stadionlar isə futbol oynamaq üçün yaxşıdır.
 
– Öz dogma meydanınızda oynaya bilmirsiz. Bu, nəticələrə təsir edir?
– Fanatlar olanda matçlara daha yaxşı motivasiya olursan. Düşünürəm ki, təsir edir. Çünki Zirədə azarkeşlərimiz həqiqətən bizə yardım edirlər.
 
– “Qarabağ”la “Neftçi”yə çempionluq rəqabətinə başqa hansı komanda qoşula bilər?
– İndi kimin sona qədər birincilik üçün mübarizə aparacağını demək çətindir. Düşünürəm ki, “Qarabağ” Avropa Liqasındakı oyunları başa vurduqdan sonra daha güclü olacaq. Bütün motivasiyasını çempionata saxlayacaq və çox çətin olacaq. “Neftçi” yəqin ki, bu cür də davam edəcək.
 
– Səncə, “Qarabağ” Avropa Liqasında qrup mərhələsindəki oyunları bitirdikdən sonra “Neftçi”yə bu qədər rahat xal toplamağa imkan verəcəkmi?
– Həqiqətən bu barədə danışmaq çətindir. Futbolda hər şey mümkündür. Məsələn, “Lester Siti” kimi. Onlar favorit olmasalar da, birinciliyi qazana bildilər. Niyə də belə olmasın? Amma razıyam ki, “Qarabağ” yanvardan sonra daha güclü olacaq.
 
– Azərbaycan milli komandasının oyununu izlədinizmi?
– Yox, baxa bilmədim. Sadəcə, icmalı izləmişəm. Azərbaycan yığma komandasını yaxşı tanımıram. Amma Kosovo millisi çox yaxşı futbolçulara sahibdir. Hansı ki, onlar Avropanın top çempionatlarında oynayırlar.
 
FƏRİD
Shares: