İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Mark Hyuzla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun istefasına komandanın uğursuz çıxışı səbəb olub.
Hyuz 2018-ci ilin mart ayından “Sauthempton”un “sükanı arxasında” idi.
“Sauthempton” Premyer Liqada 14 turdan sonra turnir cədvəlində 9 xalla 18-ci sırada qərarlaşıb.