Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi, Dortmund “Borussiya”sının futbolçusu Sebastyan Rodeni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Frankfurtlular 28 yaşlı yarımmüdafiəçini icarəyə götürüblər. Almaniyalı futbolçu 2019-cu ilin iyun ayına qədər “Ayntraxt”da çıxış edəcək.

Qeyd edək ki, Rode 2016-cı ildə “Bavariya”dan “Borussiya”ya keçib. O, Dortmund klubunda cəmi 20 oyuna çıxıb.

Shares: