“Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev sosial şəbəkədə azarkeşlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, müxtəlif mövzularda danışan futbolçu maraqlı fikirlər səsləndirib:
– Sizə görə, dünyanın ən yaxşı klubu hansıdı?
– "Liverpul".
– Meydanda ən çətin rəqibiniz kim olub?
– Kilian Mbappe.
– Ronaldo, yoxsa Messi?
– Kriştiano.
– Sizin üçün "İmarət Tayfa" nə deməkdi?
– Futbolun məqsədi.
– İstirahət üçün ən yaxşı yer.
– Dubay.
– "Qarabağ"ın ən güclü futbolçusu kimdi?
– Mahir Mədətov, Abdulla Zubir, Yakub Jezniçak, Dani Kintana, Qara Qarayev, Araz Abdullayev, Miçel, Donald Gerye, Filip Ozobiç.
– Bolqarıstanın tarixində ən yaxşı futbolçu.
– Xristo Stoiçkov.
– Bakı, yoxsa Dubay?
– Bakı.
– Kriştiano Ronaldo haqda nə düşünürsünüz?
– Futbol tarixində ən qüsursuz futbolçu.
– Zubir, yoxsa Modriç?
– Zubirin driblinqi Modriçdən daha yaxşıdı.
– "Qarabağ"da xoşbəxtsiz?
– Bəli.
– Hansı bolqar futbolçu ilə "Qarabağ"da oynamaq istərdiniz?
– Dimitar Evtimov, Bojidar Çorbadjiyski, Milen Qamakov və Georgi Milanovla birlikdə.
– Daha güclü komandada oynaya bilərsiz?
– Bəli, amma bunun üçün çox çalışmaq, daha istəkli olmaq lazımdı. Həm də yaxşı menecerə sahib olmalısan.
– Bolqarıstana qayıtmaq barədə düşünürsüz?
– Hələlik, belə bir planım yoxdu. Amma gələcəkdə nəyin necə olacağını heç kim bilmir.