Futbol üzrə Xorvatiya millisinin üzvü Luka Modriç ölkəsinin mətbuatına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi açıqlamasında AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının da yer aldığı qrupun favoriti olduqlarını deyib:
“DÇ-2018-də çempion olmaq üçün bütün titullarımı qurban verərdim. Təəssüf ki, alınmadı. Ancaq qayıdarkən Zaqrebdə insanların bayram etdiyini görəndə, kədərimiz xoşbəxtliklə əvəzləndi.
İndi qarşımızda AÇ-2020 var. İlk məqsəd seçmə mərhələni keçməkdir. Maraqlı qrupa düşmüşük və gərgin mübarizə olacağını düşünürəm. Bəli, favorit bizik və sensasiyaya yol verməyəcəyik. Ümid edirəm ki, AÇ-2020-də ən azı dünya çempionatındakı uğuru təkrarlayarıq".
Xorvatiya AÇ-2020-nin seçmə qrup mərhələsində ilk oyununu martın 21-də Zaqrebdə Azərbaycan millisinə qarşı keçirəcək.