2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza günləri keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Avropa Liqası muzeyi”ndə millimizin iki üzvü – “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun imza günü keçirilib.

Muzey ziyarətçiləri imza günündə futbolçularla yaxından tanış olub, onlardan imza alıb, eləcə də foto çəkdiriblər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

Shares: