İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Co Koul yenidən London təmsilçisinə qayıdıb.

Futbolinfo.az xəbər verir ki, Koul “Çelsi”nin futbol akademiyasında məşqçilik edəcək. Bu barədə İngiltərənin “The Telegraph” nəşri məlumat yayıb.

Karyerası ərzində “Vest Hem”, “Çelsi”, “Liverpul”, “Lill” kimi klublarda forma geyinən Koul, son olaraq ABŞ-ın “Tampa Bay Rovdeys” komandasında çıxış edib.

İngiltərə millisində 56 oyunda iştirak edən Koul, bu matçlarda 10 qol vurub.

Shares: