Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun qapıçısı Feliks Vidvalda karyerasını 2-ci Bundesliqada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı qolkiper “Duysburq” klubuna transfer edilib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Vidvaldanın mövsümün sonuna qədər icarə əsasında “Duysburq”da çıxış edəcəyi bildirilib. 

Karyerası ərzində “Verder”, “Lids" kimi klubların şərəfini qoruyan Vidvalda, 2018-ci ilin yayında “Ayntraxt”a transfer edilib.

Shares: