“Çelsi” İngiltərə Premyer Liqasının 21-ci turunda öz meydanında “Sauthempton”la qolsuz bərabərə qalıb.

Futbolinfo.az “Opta” saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Sesk Fabreqas üçün əlamətdar olub. Belə ki, ispan yarımmüdafiəçi karyerasında ingilis klublarıyla 500-cü matçına çıxıb.

Fabreqas 2003-2011-ci illərdə formasını geyindiyi “Arsenal”da 306, 2014-cü ildən çıxış etdiyi “Çelsi”də isə 197 oyun keçirib.

Fabreqas 2014-cü ildə “Barselona”dan “Çelsi”yə transfer edilib.

Shares: